Bakıda şəhid qızı küçənin ortasında nalə çəkdi

Bakıda şəhid qızı küçənin ortasında nalə çəkdi
10:12 19 İyun 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda insanlar küçənin ortasında döyülən ofisiant qızın harayına toplaşıblar. Milli.Az xəbər verir ki, dünən axşam Sabunçu rayonu ərazisində yerləşən bazardakı kafedə ofisiant işləyən 16-17 yaşında olan qız ailə üzvləri tərəfindən döyülüb. 

Hadisə şahidlərinin bildirdiklərinə görə, qızı döyənlər anası və qardaşı olub. Yaxınlıqdakı insanlar qıza kömək etmək istəsələr də, qardaşı: "Heç kim yaxın gəlməsin", - deyərək qışqırıb. 

Qızın anası isə: "Sənin atan şəhiddir. Bu torpaq üçün can verib. Sən bizim başımızı yerə soxdun", - deyərək döyüb. Sonra isə qızı taksiyə mindirərək ərazidən uzaqlaşıblar. Qızın sonrakı taleyi barədə məlumat yoxdur. 

Sabunçu Rayon Polis İdarəsindən də baş vermiş hadisə ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmadı. 

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR