Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz tanınmış jurnalist Elçin Alıoğludur.
***
- Niyə varsan?
- Çünki həyat sonu olmayan doğuluş və ölüm olduğundan özümü sonradan dəyişdiyim kimi qəbul edirəm.
- Niyə yox olacaqsan?
- Çünki həyat iki ölüm arasındakı dayanacaqdı.
- Niyə yazırsan?
- Çünki üfüqi öləzimiş şaqulidir.
- Yaşamaq nədir?
- Ulduzlara bənzəyirik. Bəzən bizi nəsə parçalayıb hissələrə ayıranda düşünürük ki, vəziyyət pisdir, halbuki, formamızı dəyişib daha güclü oluruq.
- Ölüm nədir?
- Cinsi yolla yayılan müalicəsiz xəstəlik.
- Ədalət nədir?
- Başqasının əməlindən uzaqlaşmaq və özünə yaxınlaşmaq.
- Azadlıq nədir?
- Başqasının azadlığının bitdiyi yer.
- Yaradıcılıq nədir?
- Özünü aldadıb başqalarını inandırmaq yanğısı.
- İnsan kimdir?
- Tanrıdan təsadüflərlə ayrılan varlıq.
Tural İsmayılov/Metbuat.az