Danimarkada parlament seçkilərində müxalifət bloku qalib gəlib

Danimarkada parlament seçkilərində müxalifət bloku qalib gəlib
12:03 19 İyun 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Kopenhagen, 19 iyun, AZƏRTAC
İyunun 18-də Danimarkada keçirilən parlament seçkiləri sağmərkəzçi müxalifət blokunun qələbəsi ilə nəticələnib.
Bu, Danimarkanın kontinental hissəsində səslərin hesablanması başa çatandan sonra məlum olub. Nəticələrə görə, “Venstre” Partiyasının lideri Lars Lekke Rasmussenin başçılıq etdiyi müxalif mühafizəkarlar koalisiyası parlamentdə (folketinq) 175 yerdən 90-na sahib olub. Sosial-demokratların lideri və hazırkı Baş nazir Helle Torninq-Şmidtin başçılıq etdiyi hakim koalisiya isə 85 yer əldə edib.
Artıq öz məğlubiyyətini təsdiq edən Helle Torninq-Şmidt Sosial-Demokrat Partiyasının sədri vəzifəsindən istefa verdiyini və Danimarkanın indiki hökumətinin buraxıldığını bildirib.
Lars Lekke Rasmussen qələbə münasibətilə çıxışında bildirib ki, Baş nazirin hakim koalisiyanın məğlubiyyətə uğradığını etiraf etməsi müxalifətin yeni Nazirlər Kabineti formalaşdırmaq imkanı qazanması deməkdir. Siyasətçi onu da bildirib ki, Danimarkanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir. Xatırladaq ki, Lars Lekke Rasmussen 2009-cu ildən 2011-ci ilədək Danimarkanın baş naziri vəzifəsini tutub.
Folketinqdə dörd yeri olan Farer adalarında və Qrenlandiyada səslərin hesablanması davam edir. Amma hətta bu dörd yerin hamısı hakim partiyaya qismət olsa belə, parlamentdə qüvvələr nisbəti dəyişməyəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiori
Kopenhagen

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Danimarkada_parlament_sechkilerinde_muxalifet_bloku_qalib_gelib-865199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı