Bulvar İdarəsi: "Avropa Oyunlarına gələn qonaqlar deyirlər ki..."

Bulvar İdarəsi: "Avropa Oyunlarına gələn qonaqlar deyirlər ki..."
12:47 19 İyun 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Oyunlarının keçirildlyi günlər ərzində Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə bulvar ərazisindəki xidmətlərin təşkili ilə əlaqədar narazılıqla müraciət edən əcnəbi olmayıb.

Bunu Trend-ə Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

N.Məcidovun sözlərinə görə, nəinki Avropa Oyunlarının keçirildiyi bu günlər ərzində, hətta oyunların keçirilmədiyi günlərdə də xarici qonaqlar bulvar ərazisindəki bütün xidmətlərdən razılıq ediblər: "Rəsmi və ya qeyri-rəsmi heç kəs Bulvar İdarəsinə narazılığını bildirməyib. Əcnəbilər belə şəraitin yaradılmasına görə Bulvar İdarəsinə minnətdarlıqlarını bildiriblər".

N.Məcidov deyib ki, Bakı bulvarına gələn qonaqlar bütün xidmətlərdən istifadə edirlər. Amma onlar "Qorxulu ev"i daha çox bəyəndiklərini bildiriblər: "Xarici qonaqların zövqləri müxtəlifdir. Bulvardakı gəzinti qatarlarından, attraksion və karusellərdən, xüsusilə "Qorxulu ev"dən istifadə edənlər daha çoxdur. Qonaqlar bildirirlər ki, xaricdə də buna oxşar "Qorxulu ev"lər var. Amma Bakıdakı "Qorxulu ev" daha həyəcanlıdır, daha çox xoşlarına gəlir".

N.Məcidovun bildirdiyinə görə, bulvardakı kafe və restoranların xidmətlərindən, orada verilən yeməklərdən razılıq edənlər çoxdur: "Bulvar sahəsində elə bir iş yoxdur ki, qonaq nədənsə narazı qalsın".

N.Məcidov qonaqların bulvardakı mühafizə xidmətinin işindən də razı qaldıqlarını və buna görə idarəyə təşəkkür etdiklərini də söyləyib: "Bununla bağlı bizim idarəyə də müraciət edənlər olub. Mən özüm də baxıram ki, bizim mühafizəçilər əcnəbilərlə hansı səviyyədə ünsiyyət saxlayırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı