"Bir dəfə hamama gedərkən..."

"Bir dəfə hamama gedərkən..."
15:47 19 İyun 2015
217 Digər
Ölkə mətbuatı
A- A+

Heç vaxt salona getmirəm. Saç düzümümü, makiyajımı özüm edirəm. Yalnız ayda iki dəfə manikür və pedikürə gedirəm. Həftədə bir dəfə saç düzümü etdirmək də bəsdir

Bu sözləri axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Samirə Mustafayeva deyib. 

O, özü üçün ay ərzində xərclədiyi məbləği açıqlayıb:

"Tədbirə gedəndə, gündəlik efirə çıxanda saçımı özüm fenləyirəm, makiyaj edirəm. Heç kosmetoloq yanına da getmirəm. Ev şəraitində özümə qulluq edirəm. Amma kosmetik vasitələrə çox pul xərcləyirəm. Efir üçün başqa makiyaj vasitələri alıram.

Gündəlik həyatda isə başqa tonal kremdən istifadə edirəm. O da bahalı brenddəndir. Evimdə qrim guşəm var. Nə qazanıramsa, geyimə xərcləyirəm. Bura aksessuar, ayaqqabı, çanta, libaslar daxildir. Təxmini özümə 1 ayda min manatdan çox pulum gedir".

S.Mustafayeva gözəllik sirrini də bölüşüb:

"Bir dəfə hamama gedərkən tayvandlı xanımla tanış olmuşdum. Beş-altı limonu ortadan böldü, bütün üzünə, bədəninə sürtdü. Mən də həmişə onu edirəm. O, dərini cavan, gümrah saxlayır, selülitləri yox edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR