"AŞ PA-nın növbəti sessiyasının gündəliyinə Azərbaycana qarşı qərəzli məsələlər daxil edilib"

"AŞ PA-nın növbəti sessiyasının gündəliyinə Azərbaycana qarşı qərəzli məsələlər daxil edilib"
16:12 19 İyun 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 22-dən 27-dək keçiriləcək sessiyasının gündəliyinə Azərbaycana qarşı qərəzli mövqedən olan tənqidi məsələlər də daxil edilib. Biz də bununla bağlı əsl həqiqətləri bütün nümayəndə heyətinin üzvlərinə çatdıracağıq.

Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Sessiyada Azərbaycanla bağlı təqdim olunacaq məruzənin layihəsi ilə tanış olduğunu deyən R.Rzayev qeyd edib ki, həmin məruzədə Azərbaycanla bağlı müxtəlif qərəzli fikirlər yer alıb.

Deputat Azərbaycan nümayəndə heyətinin hər zaman olduğu kimi, həmin sessiyada da Azərbaycanın marağında olan bütün məsələləri qaldıracağını söyləyib.

Onun sözlərinə görə, bu məsələlər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, onun torpaqlarının Ermənsitan tərəfindən işğalı problemi ilə bağlıdır: "Məlumdur ki, həm işğal faktoru, həm də Sərsəng su anbarı ilə bağlı məruzəçilər təyin olunub. Bu istiqamətdə işlər davam etdiriləcək".

R.Rzayev əminliklə deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həmişə olduğu kimi, bu dəfə də yüksək səviyyədə fəaliyyətlərini davam etdirəcəklər: "Bütün beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın birbaşa borcudur ki, Azərbaycanın işğal faktı ilə bağlı özlərinin verdiyi qərara uyğun olaraq, məsələnin həllində maraqlı olsunlar. Biz də bu istiqamətdə işimizi davam etdirəcəyik".

Qeyd edək ki, iyunun 21-də Strasburqa səfər edən Azərbaycan nümayəndə heyətinin səfəri iyunun 28-də tamamlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/351409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR