Müğənni Samir Cavadzadədən yeni xəbər var.
Milli.Az axşam.az-ın məlumatına görə, ifaçı "ATV Maqazin" verilişinə açıqlamasında bundan sonra yaradıcılığına fasilə verməyəcəyini bildirib:
"Bu yay istirahət etməyəcəm. Çünki illərdi mən dincəlirəm. Yeni bir komanda ilə işə başlamışam. Onlar mənə geri çəkilməyə imkan verməyəcəklər. Yeni mahnılarımız var. Hazırda üzərində çalışırıq".
"Eurovision" təmsilçilərimizdən olan S.Cavadzadə ictimai nəqliyyatdan istifadə etməyi sevdiyini də deyib:
"Bunu eyib bilmirəm. Lazım gələndə istifadə edirəm. Hətta o gün məclisə gedirdim, yol tıxac idi. Düşündüm ki, metroya minim. Mən insanlar arasında olmağı, onların fikrini bilməyi xoşlayıram".
Milli.Az