Azərbaycanın müdafiə sənayesi naziri Sudan səfirini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Sudan səfirini qəbul edib
17:22 19 İyun 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 17:19 ]


Bakı. Ağa Cəfərli - APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq ilə görüşüb.

 

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Y. Camalov Azərbaycanla Sudan arasındakı ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirdiyini bildirib.

 

Nazir səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

 

Səfir Mohamed Elias Mohamed əl-Haq səmimi qəbula görə minnətdarlığını bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR