x
Loading...
.

"Qazprom" Azərbaycanın qaz idxalında tələbatına cavab verməyə hazırdır

"Qazprom" Azərbaycanın qaz idxalında tələbatına cavab verməyə hazırdır
16:33 19 İyun 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 19 iyun /Trend/

“Qazprom” şirkəti Azərbaycanın lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev ilə işgüzar görüşü zamanı “Qazprom” ASC-nin rəhbəri Aleksey Miller deyib.

Görüş iştirakçıları energetika sahəsində qarşılıqlı əlaqələrin gələcək inkişafı məsələlərini müzakirə ediblər.

A.Miller deyib: “Azərbaycan iqtisadiyyatının və daxili qaz tələbatının artımı ilə əlaqədar olaraq, “Qazprom” ölkənin lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2408462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR