""Qazprom" Azərbaycana qaz ixrac etməyə hazırdır"

""Qazprom" Azərbaycana qaz ixrac etməyə hazırdır"
18:47 19 İyun 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller ilə görüşüb.

APA-nın "Qazprom"un saytına istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Tərəflər energetika sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Azərbaycan iqtisadiyyatının və qaza olan daxili tələbatın artmasını nəzərə alaraq A. Miller bildirib ki, "Qazprom" Azərbaycana qaz ixrac edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/351465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı