Rusiya XİN rəhbəri: "Tərəfdaşlarımız bərabərhüquqlu dialoqa getsələr, NATO ilə əməkdaşlığa hazırıq"

13:42 21 Yanvar 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:37 ]

Moskva.Fərid Əkbərov - APA. "Tərəfdaşlarımız bərabərhüquqlu dialoqa getsələr, NATO ilə əməkdaşlığa hazırıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Əgər tərəfdaşlar qarşılıqlı hörmət və bərabərhüquqlu danışıqlara hazır olduqlarını təsdiqləsələr, biz hər zaman dialoqa hazırıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.
 

S. Lavrov qeyd edib ki, Rusiyanın NATO baş katibi Yens Stoltenberqin beynəlxalq tədbirlərin birində təmas qurmaqda maraqlı olduğu barədə məlumatı var: "Biz belə təmaslardan uzaq durmayacağıq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR