Rəqsanə qorxularından danışdı: "Mən suda öləcəyəm"

Rəqsanə qorxularından danışdı: "Mən suda öləcəyəm"
22:42 19 İyun 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə öz qorxularından danışıb. Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, ATV telekanalına müsahibəsində suda öləcəyini deyib:

"Bu günə kimi dənizə girməmişəm. Dəniz mənim fobiyamdır. Dünyanı gəzirəm, amma heç vaxt dənizə girmirəm. Hovuz ətrafında gəzə bilərəm. Ayaqlarımı suya sala bilərəm. Amma dənizə girə bilmərəm. Elə bilirəm həmin an ölərəm. Özümdən asılı deyil. İstəsəm, üzməyi də öyrənə bilərəm. Orada nə var ki?! Sadəcə, qorxuram. Nəfəsim çatmır. Mən heç vanna da qəbul edə bilmirəm. Elə başa düşürəm ki, mən suda öləcəyəm. İstirahətə gedəndə də ancaq qaralmaq üçün uzanıram. Qızlarım isə balıq kimi üzürlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı