Nazirlər kabinetinin Dəmirəl qərarnaməsi

Nazirlər kabinetinin Dəmirəl qərarnaməsi
05:01 20 İyun 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin vəfat edən 9-cu prezidenti Süleyman Dəmirəlin anıt-məzar yeri kimi müəyyən olunan Çalçatepedə dəfn olunması üçün qanunvericiliyə görə nazirlər kabinetinin qərarına ehtiyac vardı. ANS PRESS-in məlumatına görə, nazirlər kabinetinin bu istiqamətdə hazırladığı qərarnaməni ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan təcili olaraq imzalayıb.

Süleyman Dəmirəl bu gün nənəsinin adına olan Şəhriban Hatun məscidində zöhr namazından sonra qılınacaq cənazə namazından sonra Çalçatepedəki anıt-məzarına dəfn olunacaq.

Dəfn mərasimində Türkiyə parlamentinin spikeri Cəmil Çiçək, baş nazirin müavini Bülent Arınç, xarici işlər naziri Mövlüd Çavuşoğlu, CHP-nin sədri Kamal Kılıçdaroğlu, MHP-nin sədri Dövlət Baxçalı və prezident administrasiyasının baş katibi Fəxri Kasırqa iştirak edəcək.

Dəmirəlin dəfn mərasimində Azərbaycanı Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı