"Azərbaycan iqtisadiyyatı günbəgün inkişaf edir. Ölkənin neft-qaz ehtiyatları ilə zəngindir. Təbii ki, istənilən ölkədə indi təbii qaza olan tələbat artır. Azərbaycanda qaza olan daxili tələbatın artmasını nəzərə alaraq "Qazprom" Azərbaycana lazımı qədər qaz verə bilər."
ANS PRESS-in məlumatına görə, bunu "Qazprom" şirkətinin sədri Aleksey Miller Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilə görüşdə deyib.
"Qazprom" şirkətinin yaydığı məlumatda bildirilir ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə gələcəkdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.