Təhsil Nazirliyi: "Repetitorluqdan istifadə halları azalıb"

Təhsil Nazirliyi: "Repetitorluqdan istifadə halları azalıb"
10:57 20 İyun 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanuna və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bilavasitə Təhsil Nazirliyi tabeliyindəki Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, İlyas Əfəndiyev adına "Elitar" gimnaziya pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilib.

Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılıb. Sonrakı illərdə "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunub.

Təhlil göstərib ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə verib, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub. Eyni zamanda, şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı