Corc Maykl ən bahalı müalicədən keçdi - FOTO

Corc Maykl ən bahalı müalicədən keçdi - FOTO
11:47 20 İyun 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın və dünyanın ən məşhur müğənnilərindən biri, 51 yaşlı Corc Maykl narkotik maddələrdən asılılıqdan qurtulmağa çalışır. O, İsveçrənin Sollikon şəhərində yerləşən və dünyanın ən bahalısı sayılan reabilitasiya mərkəzində 4 ay müalicə olunub.

Milli.Az Bild-ə istinadən bildirir ki, reportyorlar onu müalicədən sonra Sürix şəhərindəki kafelərdən birində görüblər.

"Kusnacht Practice" klinikasında alkoqoldan və narkotik maddələrdən asılılqdan müalicə kursu üçün ayda 300 min dollar ödəmək gərəkdir.

Kurs zamanı yoqa, psixoterapiya, massaj və psixoloji məsləhətlərdən istifadə olunur.

Corc Maykl aylardan bəri "susqun" idi. Sosial şəbəkələrdə o, son dəfə mayın 6-da peyda olmuş, müğənni Adeli ad günü münasibətilə təbrik etmişdi.

52 yaşlı müğənni yaşamındakı çoxsaylı problemlərdən şikayətlənirdi. O, gündə 25 dəfə nəşə çəkdiyini demişdi. Bu səbəbdən müğənni 2006 və 2008-ci illərdə həbs olunmuşdu. 2011-ci ildə ağır pnevmoniyaya məruz qalan müğənni traxeotomiya əməliyyatına məruz qalmış, süni koma vəziyyətinə salınmışdı.

Homoseksual olan Corc Maykl daha sonra 15 illik "sevgilisi" Kenni Qossla münasibətləri pozmuşdu.

2013-cü ildə isə Corc Maykl idarə etdiyi maşından yola düşmüşdü.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/351538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR