Bakı, 20 iyun, AZƏRTAC
Iyunun 20-də “Əlil Sahibkarlar Təşkilatı” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində daha bir təlim seminarını keçirib.
İctimai Birliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim seminarda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan Bakı Biznes Tədris Mərkəzinin ( BBTM ) direktor müavini Rahim Mürsəlov, Bakı Biznes Tədris Mərkəzinin şöbə müdirləri Mehti Namazov, Vidadi Baxışov və Süleyman Əliyev iştirak edərək “İxracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsalı və fəaliyyət”-i barəsində ətraflı məlumat veriblər.
Daha sonra tədbir iştirakçılarına sahibkarlıq fəaliyyətinin təşkili zamanı zəruri bilgilər və bu istiqamətdə olan beynəlxalq və respublika səviyyəli proqram və layihələrin reallaşdırılmasında əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumatlar verilib.