Ərəblər atom bombası yaradır

Ərəblər atom bombası yaradır
14:06 20 İyun 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı 16 atom bloku tikmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, "Rosatom" Dövlət Korporasiyasının rəhbəri Sergey Kiriyenko bildirib. Onun sözlərinə görə, işlərin ümumi qiyməti100 milyard dollar təşkil edir. Yaxın vaxtlarda bununla bağlı müqavilə imzalanması planlaşdırılıb.

O xatırladıb ki, Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşlıq haqqında hökumətlərarası razılaşma imzalayıb. Sənəddə əməkdaşlığın mümkün məqamları yer alıb. Bu sənəd tarixdə ilk dəfə Rusiya-Səudiyyə Ərəbistanı arasında atom energetikası sahəsində geniş mənada qarşılıqlı əməkdaşlıq üçün hüquqi əsas yaradır. Həmçinin bura nüvə reaktorlarının tikintisi, nüvə yanacağının verilməsi, atom elektrostansiyalarının və tədqiqat reaktorlarının yaradılması daxildir.

Ümumiyyətlə, iki ölkə atom üzrə əməkdaşlıq layihəsini 2014-cü ilin iyununda qəbul edib. Səudiyyə Ərəbistanı Atom Elektrik Stansiyasının tikintisində Rusiya ilə əməkdaşlığa maraq göstərir.

Hazırda Səudiyyə Ərəbistanı atom stansiyalarına malik deyil, ancaq atom energetikasının inkişafı üzrə genişmiqyaslı planlara sahibdir. Bu ölkə 2032-ci ildə atom ölkəsi olacağını bildirib.

Xatırladaq ki, "Rosatom"un atom enerjisi üzrə dövlət korporasiyası təxminən 400 müəssisə və elmi təşkilat birləşdirir. Ötən ilin sonunda "Rosatom"un xarici sifarişlərinin portfeli 101,4 milyard dollar təşkil edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR