Putin keçmiş arvadı ilə münasibətlərindən danışdı

Putin keçmiş arvadı ilə münasibətlərindən danışdı
16:21 20 İyun 2015
212 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibətləri var.

ANS PRESS-in məlumatına görə, bu barədə RF prezidenti özü açıqlama verib. Putin Sankt-Peterburqda xarici informasiya agentliklərinin rəhbərləri ilə görüş zamanı maraq doğuran sualları cavablandırıb.

O bildirib ki, bəzən ailəsi ilə xırda şeylər haqqında saatlarla danışır və gecəyə qədər yatmır: "Şəxsi həyatımda gələcəklə bağlı planlarım var, lakin mən qaydasındayam".

Xatırladaq ki, bir müddət öncə də Vladimir Putin öz şəxsi həyatı haqqında suallara cavab vermişdi. Putin, ona ünvanlanan "Ölkənin yeni birinci xanımını nə vaxt ictimaiətə təqdim edəcəksiniz?" sualına maraqlı cavab vermişdi: "Mən əvvəlcə öz keçmiş arvadım Lyudmila Aleksandranı ərə verməliyəm, daha sonra artıq özüm haqqında düşünə bilərəm", - deyə Putin zarafata salaraq söyləmişdi.

Vladimir Putin keçmiş həyat yoldaşı Lyudmiladan 6 iyun 2013-cü il tarixində boşanıb. Onlar praktik olaraq 30 il nikahda olublar. Prezidentin ailəsinin dağılmasına səbəb Putinin özü olub. Prezidentin keçmiş arvadı deyirdi ki, Putin bütün vaxtını işə ayırırdı, ancaq uşaqlar - Mariya və Katerina artıq böyümüşdülər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı