Hansı namaz təqvimi daha real görünür?

Hansı namaz təqvimi daha real görünür?
21:12 20 İyun 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

Hər il olduğu kimi bu il də bütün oruc tutanları narahat edən əsas məsələ imsak və iftar vaxtlarını əks etdirən cədvəllərdəki kəskin fərqlərdir. Bu fərqlər oruc tutanlara imsakı nə zaman bitirib, namazı nə vaxt qılmaq barədə ciddi çətinliklər yaradır. Lakin uzun zaman idi ki, həmin cədvəllər üzrə birbaşa müşahidə aparıb hansının şəri vaxta daha uyğun olduğu barədə açıq mənbələrdə məlumata rast gəlməmişdik, olan məlumatlar isə əsasən ehtimallat üzrə idi.

Lakin bu gün "Facebook" sosial şəbəkəsində ilahiyyatçı Emil Rahiloğlunun və hətta ayrı-ayrı vaxtlarda bir sıra başqa ilahiyyatçıların müxtəlif təqvimlərdə göstərilən namaz vaxtları arasında fərqləri nəzərə alaraq məsələyə aydınlıq gətirmək üçün dəniz kənarında müşahidə aparması barədə məlumat yayılıb. İslam.az ilahiyyatçı ilə əlaqə saxlayaraq müşahidələri ilə bölüşməsini xahiş edib. E.Rahiloğlu bildirdi ki, bu səhər Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriyanın həyətində olub:
- Müşahidə aparmaq üçün ora çox münasib yerdir. Böyük ərazidə heç bir maneə yoxdur və dəniz qayalıqlardan aşağıda qalır. Mən və daha bir dindar qardaşımız qayalıqda dayanaraq bir-bir mövcud təqvimlərdə göstərilən vaxtları araşdırdım. Ən çox məşhur "Məsumə" dükanında satılan təqvimdir ki, orda da sübh azanı 04:08 kimi göstərilib. O zaman adi gecə idi. Yəni şəri gecə nəyə deyilirsə, onu müşahidə etdik. Havada heç bir dəyişiklik baş vermirdi. Beləcə müşahidələr davam etdi. Ta 04:30-a kimi səmanın fəcri-sadiq görünməli yerində heç bir dəyişiklik baş vermədi. Yalnız 04:40-da müəyyən ağartı hiss edilməyə başladı. Bizim tam yəqinə çatmağımız isə hardasa 6 dəqiqə çəkdi, ağartı isə tədricən yayılmağa başladı. Artıq tam yəqinlik əldə etdik ki, bu fəcri sadiqdir. Bu da hardasa 04:45-də baş verdi. Bundan sonra da təqribən 30 dəqiqə orda qaldıq, günəş tədricən çıxmağa başladı. Bütün bunlar göstərdi ki, QMİ-nin yaydığı təqvim reallığı daha doğru əks etdirir. İnşallah, bu gün yenə də, artıq bir neçə ruhani ilə müşahidə aparacağıq. Qeyd edim ki, bəzi ilahiyyatçılardan aldığım məlumata görə, məsələn, Hacı Səxavət, Elxan Badkubei və başqaları da apardıqları müşahidələr nəticəsində QMİ-nin tərtib etdiyi təqvimiz düzgün olması qənaətinə gəliblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı