Siyasətçilər üçün sosial şəbəkə yaradıldı

Siyasətçilər üçün sosial şəbəkə yaradıldı
03:06 21 İyun 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ milyarderi Şon Parker siyasətçilər üçün "Brigade" sosial şəbəkəsini təqdim edib.

ANS PRESS-in məlumatına görə, yeni şəbəkənin dünyada insanlara "Facebook"un yoluna qoya bilmədiyi problemlərin həllində kömək edəcəyi nəzərdə tutulur. Bu barədə ICTnews xəbər verir.

Bildirilir ki, şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.

Sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə bilərlər.

Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib. Perspektivdə belə birlik saf əqidəyə malik aktiv qrupa və ya yeni siyasi qüvvəyə çevrilə bilər.

Ş.Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək.

Həmçinin "Brigade" siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR