Hindistanda zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatdı

Hindistanda zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatdı
04:49 21 İyun 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Mumbay şəhərində surroqat alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Mumbay şəhər administrasiyasının rəsmisi Canacay Kulkarni bildirib.

 

“Zəhərlənmə nəticəsində 90 nəfər ölüb, daha 40 nəfər xəstəxanalarda müalicə alır. 10 nəfərin vəziyyətini həkimlər ağır kimi qiymətləndirir”, deyə C.Kulkari bildirib.

 

İlk zəhərlənənlər  iyunun 18-də xəstəxanalara çatdırılıb.

 

Qeyd edək ki, Mumbayda keyfiyyətsiz içkilərdən kütləvi zəhərlənmə halları tez tez baş verir. 2004-cü ildə burada surroqat alkoqol 89 nəfərin həyatına son qoymuşdu. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı