Daşqın dərdi bitməmiş daha bir bəla

Daşqın dərdi bitməmiş daha bir bəla
08:52 21 İyun 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 20-də yağış və dolu ilə müşayiət edilən qasırğa Gürcüstanın şərqində ciddi fəsadlar törədib.

APA-nın verdiyi məlumata görə, qasırğa Marneuli şəhərində binaların damını uçurub, ağacları yıxıb, yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb, yüzlərlə ev işıqsız qalıb.
 
"Mən uzun illərdir, Marneulidə yaşayıram, lakin belə yağış və dolu ilə müşayiət olunan qasırğa görməmişəm", - deyə Marneuli bələdiyyə sədrinin müavini Temur Beridze bildirib. Onun sözlərinə görə, 20 dəqiqə ərzində yaşayış evlərinin birinci mərtəbələri və həyətyanı sahələri su basıb.  Bir çox kəndlərdə  meyvə ağacları, üzümlüklər və əkin sahələri məhv edilib. Hazırda dəymiş zərərin həcmi hesablanır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR