Azərbaycan gimnastı: "Ümidləri doğrultduğum üçün çox şadam"

Azərbaycan gimnastı: "Ümidləri doğrultduğum üçün çox şadam"
13:08 21 İyun 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend/

I Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan gimnastı İlya Qrişunin Azərbaycan Gimnastika Federasiyası, məşqçisi və onu dəstəkləyən tamaşaçılara minnətdarlığını bildirib.

Trend-in məlumatına əsasən, idmançı jurnalistlərə ümidləri doğrultduğu üçün şad olduğunu deyib: “Şadam ki, məşqçim razı qaldı. Hələ həyat yoldaşım, uşağım və anamla danışmamışam, amma əminəm ki, onlar da xoşbəxtdirlər. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

İ.Qrişunin bu medalı çoxdan qazanmaq istədiyini dilə gətirib: “Əlimdən gələni etdim və nəticə özünü gözlətmədi”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR