Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/
Rusiyalı gimnast Marqarita Mamun I Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi halqa hərəkətlərinin yekununda 18.850 bal toplayaraq qızıl medal qazanıb.
Trend-in məlumatına əsasən, gümüş medalın sahibi Belarus nümayəndəsi Melitina Stanyuta (18.500) olub.
Bürünc medala isə İsrail idmançısı Nete Rivkin (18.150) yiyələnib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az