Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11, Qanıx çayının Əyriçay məntəqəsində isə 6 santimetr azalma müşahidə olunub.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 311, Şirvanda 129, Salyanda 63, Bankədə 179, Novruzlu məntəqəsində isə 30 santimetrdir.