Bu, "Pul hər şeyi həll edir" şüarı ilə eksprimentlər aparan Qriqori Mamurinin ikinci belə videosudur.
Xabarovlu oğlan Moskvanın mərkəzi küçələrində gəzərək qızlara çox da yüksək olmayan pul təklif edir və istədiyini alır. Qızlardan biri 1000 rubl qarşılığında tanımadığı Qriqorini öpür, digəri isə 5000 rubla görə 1000 rublluq əskinazı yeyir.
Videonu izlədikdə görürük ki, onun bütün şərtlərinə yetərincə qız "hə" deyir.
Qriqorinin babası Xabarosk "World Class" şirkətinin prezidenti və "Dalreo" MMC-nin direktorudur.










