Bakı, 22 iyun, AZƏRTAC
Mərkəzin Bankın məlumatına görə, bu il mayın 1-nə ölkənin bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi məzənnə korreksiyası nəzərə alınmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 20,6 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qüvvədə olan kreditlərin 36 faizi dövlət, 61,1 faizi özəl banklar, 2,9 faizi bank olmayan kredit təşkilatlarının payına düşüb. Kreditlərin 77,8 faizi uzunmüddətli kreditlər olub, 6,1 faizinin ödənilmə vaxtı keçib.