Fiziki sağlamlığı məhdud insanlarla məşğul olan şəxslər üçün həyata keçirilən qrant proqramının təqdimatı olub

17:57 21 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:53 ]


Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Təlim və İnkişaf İnstitutu (ITD) tərəfindən idman müəllimləri və fiziki sağlamlığı məhdud insanlarla məşğul olan şəxslər üçün həyata keçirilən qrant proqramının təqdimatı olub.

 

APA-nın məlumatına görə, proqram çərçivəsində 2014-cü ilin payızında 14 azərbaycanlı müəllim əlil gəncləri idmana cəlb etmək sahəsindəki təcrübəsini öyrənmək üçün Massaçusets ştatına səfər edib.

 

Onlar 3 həftəlik proqram çərçivəsində amerikalı həmkarları və əlil gənclərlə birlikdə sosial fəaliyyətə, təlimlərə, idmana cəlb olunublar. Bugünkü tədbirdə təlimdə iştirak edən müəllim və işçilərin təqdimatları olub. Onlar ABŞ-da öyrəndiklərini təlim iştirakçıları ilə bölüşüblər.

 

ITD hazırda idman proqramının ikinci hissəsini həyata keçirir. Bu mərhələdə eyni proqramla bağlı ABŞ nümayəndə heyəti yanvarda 17-dən Azərbaycana səfərə gəlib. Bu səfər 2 həftə davam edəcək.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın sözlərinə görə, Beynəlxalq İdman Təşəbbüsü proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Əlaqələr bürosu nəzdində fəaliyyət göstərən “Sports United” tərəfindən maliyyələşdirilir və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir. Proqramın Azərbaycan üzrə tərəfdaşları əlil idman proqramlarının inkişafı üzrə qeyri-kommersiya təşkilatları və Azərbaycan Paraolimpiya Komitəsidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR