Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə başladı

Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə başladı
19:03 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Caspian European Club üzv şirkətlərin çoxsaylı xahişini nəzərə alaraq aylıq biznes-treninqlərin təşkilinə start verib.
Clib-dan AzərTAc-a bildiriblər ki, Caspian European Club-un üzv şirkətləri üçün “Brend-menecment, marketinq psixologiyası və satışın genişləndirilməsi” adlı birinci biznes-treninq yanvarın 21-də Grand Hotel Europe-da təşkil olunub. Treninq Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev tərəfindən keçirilib.
Biznes-treninqdə biznes tərəfdaşlarla dialoqun düzgün qurulması, şəxsi mövqeyin və biznes təkliflərin asanlıqla əsaslandırılması barədə geniş məlumat, eləcə də marketinq qərarlarının qəbulu zamanı tez-tez rast gəlinən digər məsələlərlə bağlı faydalı məsləhətlər verilib.
Biznes-treninqlər gələcəkdə də davam etdiriləcək, iri şirkət və korporasiya rəhbərləri qazandıqları uğurların sirlərini Caspian European Club-un üzv şirkətləri ilə bölüşəcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Caspian_European_Club_ayliq_biznes_treninqlerin_teskiline_basladi-826476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR