“Xalqlarin sulh huququ” resm musabiqesinin qalibleri mukafatlandirilacaq

“Xalqlarin sulh huququ” resm musabiqesinin qalibleri mukafatlandirilacaq
22:18 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Baki, 21 yanvar, AzerTAc 
Yanvarin 22-de Azerbaycan Ressamlar Ittifaqinin Vecihe Semedova adina sergi salonunda “Beynelxalq sulh gunu”ne hesr olunmus “Xalqlarin sulh huququ” resm musabiqesi istirakcilarinin eserlerinden ibaret sergi ve qaliblerin teltifolunma merasimi kecirilecek.
“ASAN Konulluleri” Gencler Teskilatindan AzerTAc-a bildiribler ki, BMT Bas Meclisinin 55-ci sessiyasinin qetnamesine esasen 2002-ci ilden baslayaraq her il sentyabrin 21-i “Beynelxalq sulh gunu” kimi qeyd olunur. Bu gunun tesis olunmasinda meqsed beynelxalq ictimaiyyetin ve dunya dovletlerinin diqqetini ateskesin qlobal sekilde dayandirilmasina ve zorakiliqdan imtina edilmesine, hem beynelxalq, hem de milli seviyyede sulhun qorunmasina yoneltmekdir.
“Beynelxalq sulh gunu” munasibetile Azerbaycan Respublikasinin Prezidenti yaninda Dovlet Idarecilik Akademiyasinin UNESCO Merkezi ve terefdaslari UNESCO uzre Azerbaycan Respublikasinin Milli Komissiyasi, Medeniyyet ve Turizm Nazirliyi, “Em Art” resm studiyasi, Azerbaycan Ressamlar Ittifaqi, “ASAN Konulluleri” Gencler Teskilati usaq ve gencler arasinda “Xalqlarin sulh huququ” adli resm musabiqesi elan edibler.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR