ANS PRESS-in məlumatına görə, ABŞ-dan olan reper Instagram hesabından Türkiyənin "Qalatasaray" klubunun bir fotosunu yayımlayıb. Reper həmin şəkildə fotomontajla Droqbanın yerinə öz başını yerləşdirib.
Daha sonra şəkli öz rəsmi Instagram hesabından paylaşan Snup Doq fotonun altına "Goooooooooaaaaalllll" ifadəsini yazıb. Şəkili paylaşdıqdan sonra reperə türk fanatlarından müsbət reaksiyalar gəlib. Instagramda 5,3 milyon təqibçisi olan məşhur reper bir anda mətbuatın da gündəminə düşüb.
Xatırladaq ki, reper Azərbaycanın xalq artisti Aygün Kazımova ilə duet ifa edib.
Snup Doqun "Qalatasaray" forması geyinmiş fotosunun təqdim edirik:
