Bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 18,2 milyard manat olub

Bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 18,2 milyard manat olub
06:08 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Mərkəzi Bankın məlumatına görə, ölkənin bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi ötən il dekabrın 1-nə 18,2 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz çoxdur. Qüvvədə olan kreditlərin 33,8 faizi dövlət, 63,3 faizi özəl banklar, 29 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşür. Kreditlərin 79,5 faizini uzunmüddətli kreditlər təşkil edib, 5,4 faizinin ödənilmə vaxtı keçib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR