Təbii qaza tələb çoxalıb

Təbii qaza tələb çoxalıb
06:56 26 Dekabr 2014
114 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Şahdəniz boru kəməri ilə Azərbaycandan 52 milyard kubmetr təbii qaz alıb”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ərdaxan valisi Əhməd Dəniz deyib. Azərbaycandan gələn təbii qaz kəmərinin Türkiyəyə ilk giriş nöqtəsinin Ərdaxan olduğunu xatırladan vali bildirib ki, ölkədə qaza təlabat çoxalıb.

“Türkiyə 2013-cü ildə Azərbaycandan 4.7 milyard kubmetr, bu il isə 10 faiz çox, 5.2 milyard kubmetr qaz alıb. İstehlakçının tələbi çoxaldığından ölkəmizin idxal etdiyi qazın miqdarı da artırılır. Ölkəmizə ilk giriş yeri olduğundan Hanak rayonumuzdakı “Botaş” stansiyasına çatan təbii qaz burda sıxışdırılaraq həmin kəmərlə Ankaraya çatdırılır. Türkiyədə qaz çəkilməyən az şəhər qalıb. Yəni, ölkəmizin qaza tələbi çoxalır. Bu çoxalma 10 faiz səviyyəsindədir”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR