Naməlum şəxs Bakı sakinini evinin qarşısında bıçaqlayıb

Naməlum şəxs Bakı sakinini evinin qarşısında bıçaqlayıb
10:28 22 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı sakini evinin qarşısında naməlum şəxs tərəfindən kürəyindən bıçaqlanıb.

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də axşam saat 20:10-da 1981-ci il təvəllüdlü Quliyev Anar Əziz oğlu yaşadığı Yasamal rayonu Tolstoy küçəsi ev 53 ünvanının qarşısında tanımadığı şəxslə mübahisə edib. Mübahisə zəminində naməlum şəxs A.Quliyevin kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR