Televiziyanın ən yaxşıları seçildi - FOTO

Televiziyanın ən yaxşıları seçildi - FOTO
10:37 22 Yanvar 2015
459 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünən Britaniyanın paytaxtı Londonda ölkənin televiziya sahəsində ən nüfuzlu mükafatı olan "National Television Awards"ın (NTA) təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "O2" arenasında keçirilən mərasimə Dumanlı Albion telekanallarının ulduzları ilə yanaşı, ABŞ və digər ölkələrin şou-biznes ulduzları da qatılmışdılar.

Mərasim məşhur britaniyalı aktrisa, "Coronation Street" teleserialının ulduzu, ötən həftə dünyasını dəyişmiş Enni Kirkbraydın xatirəsinin anımı ilə başlanıb.

NTA-nın qaliblərinin siyahısı belədir:
1. "Faktiki qələbə" - "Gogglebox"
2. "Ən yaxşı debütant" - Meddi Hill
3. "Bilik və bacarıq şousu" - "The Great British Bake Off"
4. "Ən yaxşı teleşou hakimi" - Devid Uilyams
5. "Ən yaxşı realiti-şou təqdimatçısı" - Alan Karr
6. "Ən yaxşı gündəlik proqramı" - "This Morning"
7. "Ən yaxşı teledrama" - "Downton Abbey"
8. "Ən yaxşı əyləncə proqramı" - "I’m A Celebrity ... Get Me Out Of Here!"
9. "Ən yaxşı multiproqram" - "Celebrity Juice"
10. "Ən yaxşı istedad şousu" - "The X Factor"
11. "Ən yaxşı drama serialı" - "Eastenders"
12. "Ən yaxşı serial ulduzu" - Denni Dayer
13. "Ən yaxşı komediya" - "Mrs Brown’s Boys"
14. "Ən yaxşı drama aktrisası" - Şeridan Smit
15. "Ən yaxşı əyləncə təqdimatçıları" - Ant və Dek (Ant & Dec)
16. "Xüsusi mükafat" - Devid Tennant

Milli.Az


































































































































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR