Bakı, 27 iyun, AZƏRTAC
ABŞ-ın “komonews” portalı birinci Avropa Oyunları ilə bağlı Bakı Bulvarında yanan halqanın fotosunu həftənin ən yaxşı 10 fotosu sırasına daxil edib.
AZƏRTAC xəbər verir ki, “Associated Press”in fotomüxbiri Dmitri Lovetski tərəfindən çəkilən foto saytda “İnsanlar Bakı Bulvarında “Avropa Oyunları-2015” ilə əlaqədar nəhəng halqanın ətrafında gəzərkən” başlığı altında təqdim edilib.