Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il 3403 şikayət araşdırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il 3403 şikayət araşdırıb
12:08 22 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə 2014-cü il ərzində ümumilikdə 3574 şikayət daxil olub. Onlardan 3403-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Bu barədə AzərTAc-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.
ETSN-in 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir. “Qaynar xətt” 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekologiya_ve_Tebii_Servetler_Nazirliyi_oten_il_3403_sikayet_arasdirib-826613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR