Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Azad Həsənli/

2015-ci il iyulun 1-dən “PAŞA Bank” ASC-nin sədri vəzifəsinə hazırda bankın İdarə Heyətinin üzvü Taleh Kazımov təyin olunub.

Bankdan Trend-ə verilən məlumata görə, bu qərar Müşahidə Şurası tərəfindən 2014-cü il yanvar ayında qəbul edilib və korporativ idarəetmənin yeni metodudur: “Qərara əsasən, “PAŞA Bank”-ın hazırda fəaliyyətdə olan sədri Fərid Axundov bankın Müşahidə Şurasının üzvü təyin olunub”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az