Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə Bakı-2015 Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiros Kapralos “Dostluq” ordeni ilə təltif edilsin.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az