Bakı, 30 iyun, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 2-də saat 17:00-da Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları sakinlərinin sualları cavablandıracaq, habelə onların şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.