[ 30 İyun 2015 19:28 ]



Bakı – APA. “Kanada hökumətinin Rusiyaya qarşı yeni sanksiyaları cavabsız qalmayacaq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İişlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

O bildirib ki, yeni sanksiyalar qarşı tərəfin günahı ucbatından çətin dönəm yaşayan Rusiya-Kanada münasibətlərinə daha da mənfi təsir göstərəcək.