Əli Həsənov: “Xarici donorlar ölkəmizin qanunlarına hörmətlə yanaşmalı və qanunları icra etməlidir”

Əli Həsənov: “Xarici donorlar ölkəmizin qanunlarına hörmətlə yanaşmalı və qanunları icra etməlidir”
14:57 22 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 14:50 ]

“Biz mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq”

“Biz mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq”

 

Bakı - APA. “Hər bir sahədə qanunçuluq olmalı, hər şey qanuna söykənməlidir. Qanunlar pisdirsə, onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma bu, heç kimə əsas vermir ki, mövcud qanunu icra etməsin. Qanun varsa, icra olunmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.


Ə.Həsənov deyib ki, QHT-lər, dövlət strukturları, ölkədə fəaliyyət göstərən xarici strukturlar, mətbuat orqanları, xarici donorlar ölkəmizin qanunlarına hörmətlə yanaşmalı və qanunları  icra etməlidir: “Əks halda, qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər”.

 

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan dövlətinin ölkə üzrə həyata keçirdiyi müəyyən aksiyaların olduğunu söyləyib: “Ölkə başçısı keçən ilin yekunlarının müzakirə olunduğu və  yeni ildə qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin geniş iclasında bu prioritetlər haqqında açıqlama verib. Ayrı-ayrı illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin azaldılması, korrupsiya ilə mübarizə, ayrı-ayrı sahələrin - rabitə və informasiya texnologiyalarının, sənayenin, bu ildən isə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bunlarla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb. Ölkənin aidiyyəti qurumları da qarşıda duran vəzifələri icra edirlər. Düşünürəm ki, QHT Şurası da dövlətin qarşısında duran prioritet istiqamətlər üzrə layihələrin elan olunmasını və QHT-lərin fəaliyyətinin stimullaşdırılması işini həyata keçirməlidir. Ümumilikdə Azərbaycan hakimiyyəti bu sahə üzrə fəaliyyətdən razıdır. Biz nəinki bu sahə üzrə, mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir. Bundan başqa, biz Azərbaycanda heç bir problemin olmadığını, Azərbaycan cəmiyyətinin bu və ya digər problemlərdən sığortalandığını da iddia etmirik. Dünyanın heç bir ölkəsi bunu iddia edə bilməz”.


Ə.Həsənov qeyd edib ki, inkişaf etmiş cəmiyyət quruculuğunu qarşısına məqsəd qoyan Azərbaycan hakimiyyəti bu məqsədə çatmaq üçün qarşısında duran bütün vəzifələri uğurla icra edir: “Əgər hər şey mükəmməl olacaqsa, hakimiyyətə də, dövlət strukturlarına da heç bir ehtiyac qalmazdı. Bu sahədə bizim uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur. Azərbaycan cəmiyyətində demokratik inkişaf, insan hüquqları, söz və mətbuat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində vəziyyət heç də həmin o maraqlı anti-Azərbaycan dairələrin qələmə verdiyi kimi pis deyil. Əksinə, Azərbaycanda vəziyyət həmin o dövlətlərin çoxundan yaxşıdır. Bu sahədə Şuranın xüsusi rolu var və bu rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Şura bundan sonra da bu tempi saxlayacaq və inkişaf etdirəcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR