[ 01 İyul 2015 12:56 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz”.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Serj Sarkisyan arasında baş tutan telefon danışığı zamanı Ermənistandakı gərgin vəziyyətin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir. Şübhəsiz ki, bu məsələ Rusiya ilə müzakirə edilə bilməz”, - deyə D.Peskov qeyd edib.

Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi bildirib ki, məsələ ikitərəfli əlaqələr kontekstində müzakirə olunub.