Bakı, 2 iyul, AZƏRTAC
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib. Belə ki, "Qafqaz Baku City Hotel & Residences" və "Premier Expo Hotel", "Luxe Lankaran Hotel", "Şindan", "Qubek" mehmanxanaları 4 ulduz, "Küngüt" və "İS Hotel" mehmanxanaları isə 3 ulduz dərəcə sertifikatları alıb.
Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 89 çatıb.