Bakı, 2 iyul, Fərhad Vahidzadə, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) təşkilatçılığı ilə bu il sentyabr ayının 14-17-də ikinci Dünya maliyyə simpoziumu İspaniyanın Barselona şəhərində keçiriləcək.
AZƏRTAC İATA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu simpoziumda əsasən hava nəqliyyatı sənayesi və ona dəstək olan maliyyə imkanları müzakirə olunacaq.
Xatırladaq ki, keçən il baş tutan birinci Dünya maliyyə simpoziumu ümumilikdə hava nəqliyyatının gəlirlərinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb. Bu simpozium da qlobal səviyyədə yüksək qiymətləndirilir və tədbir bütün iştirakçılar üçün açıqdır.