Bakıda küçənin ortasında bıçaqlanma

Bakıda küçənin ortasında bıçaqlanma
11:26 26 Dekabr 2014
61 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda 49 yaşlı kişini küçədə bıçaqlayıblar.

Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dünən axşam saatlarında Dadaş Bünyadzadə küçəsində insanların gözü qarşısında bir nəfər hücuma məruz qalıb.

Bıçaqlanan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı bıçaqlanan şəxsin Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü , Rasim Nüsrət oğlu Dadaşov olduğu məlum olub.

Lakin hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Rasim Dadaşovun vəziyyəti ağır olduğu üçün ifadə də verə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR