[ 03 İyul 2015 16:25 ]
Bakı - APA-Economics. "PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.
"APA-Economics" xəbər verir ki, bu vəzifəyə Mir Camal Paşayev təyin olunub.
Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub.
Qeyd edək ki, 2007-ci ilin may ayından "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.
2013-cü ilin iyun ayının 7-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Mir Camal Paşayev adıçəkilən bankın Müşahidə Şurasının yeni sədri seçilib. Bu ilin iyunun 7-də isə onu bu vəzifədə "Unibank" ASC-nin sabiq icraçı direktoru Cəlal Qasımov əvəzləyib.