Daşkənd, 3 iyul, AZƏRTAC
Daşkənddə özbək dilində çap edilən "Kitob dunaysi" qəzetində Azərbaycan şairlərinin şerləri çap edilib.
Qəzetdə Azərbaycan ədəbiyyatının yaxın dostu Usman Kuçkarın tərcüməsində Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının altı şeri dərc olunub. Qəzetdə S.Rüstəmxanlının həyat və yaradıcılığı haqqında məlumat da yer alıb.
Qəzetin digər nömrəsində Azərbaycan şairləri Əkbər Qoşalı və Rəsmiyyə Sabirin şerlərinə də yer ayrılıb. Şerləri orijinaldan özbək dilinə Sevinc Nurkobilova çevirib.Qəzetdə, həmçinin şairlərin yaradıcılığı haqqında da məlumatlar verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd