Dünya şöhrətli balerina və aktrisa Anastasiya Voloçkova istirahətini Krımda keçirib.

O, bir neçə xeyriyyə konserti keçirib, pərəstişkarları ilə görüşüb. Sonra isə yaxtada dənizə çıxıb.

Milli.Az "Komsomolskaya Pravda"ya istinadən bildirir ki, dənizdə istirahəti zamanı balerina bu yaya damğa vuracaq fotosunu çəkdirib.

Dağların fonunda şaquli şpaqat açan xanımın əynındə al-qırmızı rəngdə bikini olub.

Onun bu fotosu, demək olar ki, İnterneti "partladıb".

Nastya səhifəsinin oxucularını bədəninin sellülitsiz olduğuna inandırıb.

Fotolara yazılan yüzlərlə şərh iki yerə bölünüb: kişilər onu "İlahə", "Arzuların qadını" adlandırsalar da, xanımlar gələn dəfə bir az böyük, abırlı çimərlik geyimi geyməyi məsləhət biliblər.

Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı iş adamı Bəxtiyar Səlimov sevgili olublar. 2 il davam edən münasibət biznesmenin Moskvaya gec-gec gəlməsi səbəbindən bitib.

Milli.Az

Azərbaycanlı biznesmenin keçmiş sevgilisi bu FOTOsu ilə yaya damğasını vurdu